“Zəhmət olmasa basdırın" - Qadın yeni pencəyinin cibindən dəhşətli qeyd tapdı - FOTO

ABŞ-da Joanne adlı qadın ikinci əl mağazadan aldığı gödəkçənin içərisindən tapdığı qeydi görəndə dəhşətə gəlib.
Sfera.az bildirir ki, amerikalı qadın yeni aldığı ikinci əl qırmızı paltarı geyinərkən cibində keçmiş sahibinin bu kostyumda basdırılmasını istədiyi bir kağız tapıb. Bu fotolar daha sonra Facebook-da yerləşdirilib.
Sosial mediada fotonun altında "Joan bu gözəl qırmızı gödəkçəni ikinci əl mallar satılan mağazadan tapıb və cibində bir qeyd var idi"-qeyd edilib.
Fotolardan birində qadının çiçək detalları olan qırmızı gödəkçəsi, növbəti fotoda isə cibindən tapdığı qeydin yaxından görüntüsü əks olunub.
"Xahiş edirəm məni bu qırmızı kostyumda dəfn edin" -qeyddə deyilir.
Paltarlar “secon hand” dükandan alındığına görə son arzunun yerinə yetirilmədiyini güman etmək olar.
Yazı yüzlərlə bəyənmə və paylaşım toplayıb və bir çox insan bu qəribə tapıntıya şərh yazıb, qadının heç vaxt istədiyinə nail olmamasının kədərli olduğu bildirilib.
Aynil
Sfera.az