Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət
19:41 / 05.06.2023
3455
Sabah yağışa görə bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq.
Sfera.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
İyunun 6-da yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.