Ceyhun Bayramov və Ararat Mirzoyan 12 iyunda GÖRÜŞƏCƏKLƏR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqların növbəti raundu iyunun 12-də başlayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
O, qarşıdakı görüşün digər təfərrüatlarını açıqlamayıb və bu barədə daha sonra məlumat verəcəyini deyib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bundan əvvəlki danışıqlar Vaşinqtonda 4 gün (1-4 may) davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Əzizə