Azərbaycanda kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı ARTIB - STATİSTİKA

Azərbaycanda kənd yerlərində nikahdankənar doğulan uşaqların sayı ARTIB - STATİSTİKA

2022-ci ilin yekunlarına görə ölkəmizdə doğulan uşaqların 15,3 faizi nikahdankənar doğulub. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 18 814 olub. 


Bu uşaqların 11 630-u, yəni 61,8 faizi kənd yerlərində, 7 184-ü şəhər yerlərində dünyaya gəlib. 


2021-ci illə müqayisədə nikahdankənar doğulan uşaqların sayında 7 faizdən çox (1 248 uşaq) artım qeydə alınıb. İki il əvvəl 17 566 uşaq nikahdankənar doğulmuşdu. 
Amma 2015-2019-cu illərlə müqayisədə nikahdankənar doğulan uşaqların sayında ciddi azalma var. Həmin dövrdə hər il 20-21 mindən çox uşaq nikahdankənar doğulurdu. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR