“Növbəti görüşdə sülh müqaviləsinin mətni hazırlanacaq” - Politoloq

“Növbəti görüşdə sülh müqaviləsinin mətni hazırlanacaq” - Politoloq

“ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşündə sülh müqaviləsinin mətni hazırlanacaq”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə iddia edib. O, qeyd edib ki, sülh müqaviləsi mətninin hazırlanması məhz Ermənistanın irəli sürdüyü təkliflərə görə mümkün olmayıb:

 

“Danışıqlar prosesində Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ erməniləri ilə bağlı hüquq və təhlükəsizlik şərtlərini sülh müqaviləsinin mətninə salmağa çalışır. Hazırlanacaq sülh müqaviləsinin mətnində Ermənistanın bu təklifləri yer almayacaq. Həmçinin, prosesi ləngidən Paşinyanın anklavlarla bağlı mövqeyi və sərhədlərin  delimitasiyasında ordunun "güzgü prinsipi" ilə geri çəkilməsidir. ABŞ Ermənistanın mövqeyində dəyişikliklər edərək, əsassız iddialarından geri çəkilməsinə nail olacaq. İlin axırına kimi sülh müqaviləsinin bağlanması mümkündür”.

 

Ekspert bildirib ki,  artıq Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da Qarabağın statusunun müzakirə edilməyəcəyini və ilin axırına qədər sülh müqaviləsinin bağlanmasının mümkün olduğunu vurğulayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...