Kadırov Putinə müraciət etdi: “Çeçenləri Belqoroda göndərək...”

Kadırov Putinə müraciət etdi: “Çeçenləri Belqoroda göndərək...”

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinə müraciət edərək,  antiterror təcrübəsinə malik çeçen bölmələrinin Belqorod vilayətinə göndərilməsi təklifi ilə çıxış edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Kadırov Telegram kanalında yazıb.

 

“Rusiya ərazisinə soxulmuş cinayətkar qrupun mülki əhaliyə və infrastruktura zərər vermədən məhv edilməsi üçün xüsusi bilik və hazırlıq lazımdır. Burada təkcə hərbi deyil, həm də antiterror təcrübəsi lazımdır. Artıq respublikanı cinayətkar qruplaşmalardan təmizləmək təcrübəsi olan çeçen döyüşçüləri belə bir təlim keçirlər”, - deyə Çeçenistan rəhbəri bildirib.

 

Onun sözlərinə görə, hərbi strukturların batalyon və alaylarında çeçen döyüşçülərin ümumi sayı 70 mini ötüb.

 

“Bütün bölmələr Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində təlim keçib. Onlar ən müasir texnologiyalar və silahlarla təchiz olunublar, dövlətimizi və vətəndaşlarımızı qorumaq üçün ali baş komandanın (Vladimir Putin-red.) istənilən əmrini yerinə yetirməyə hazırdırlar. Bu yaxşı qərar olacaq. Ona görə də biz hazırıq və əmri gözləyirik”, - deyə Kadırov fikrini yekunlaşdırıb.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR