“Moskva Vaşinqtondan təklif gözləyir” – Peskovdan MÜHÜM AÇIQLAMA

“Moskva Vaşinqtondan təklif gözləyir” – Peskovdan MÜHÜM AÇIQLAMA

“Vaşinqtonla silahlara nəzarət üzrə dialoqa açığıq”.

 

Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

O, ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Vaşinqtonun  Rusiya ilə ilkin şərt olmadan silahlara nəzarət üzrə dialoqa hazır olması barədə bəyanatını “vacib və müsbət” adlandırıb.

 

Peskov qeyd edib ki, Moskva diplomatik kanallar vasitəsilə Vaşinqtondan konkret təkliflər gözləyir:

 

“Bundan sonra təklif olunan dialoq formatlarını nəzərdən keçirmək mümkün olacaq. Rusiya Federasiyası dialoqa açıq olaraq qalır, biz bunu son dərəcə vacib hesab edirik, lakin ilk növbədə bu təklifin necə formalaşdığını başa düşməliyik”.

 

Kremlin sözçüsü vurğulayıb ki, belə mühüm və həssas məsələlərdə mətbuatda gedən bəyanatlara etibar etmək çox çətindir.

 

Xatırladaq ki,  iyunun 1-dən ABŞ Rusiya Federasiyasına Yeni START Müqaviləsinə daxil olan strateji silahlarının statusu və yeri barədə məlumatların ötürülməsini dayandırıb. Həmçinin, yeni vizaların verilməsinin nəzərdə tutulmamasına baxmayaraq, START çərçivəsində yoxlamalar üçün rusiyalı mütəxəssislərə əvvəllər verilmiş vizaların ləğvi gözlənilir. "Biz Rusiya və Çinlə ilkin şərt olmadan silahlara nəzarət üzrə ikitərəfli danışıqlarda iştirak etməyə hazır olduğumuzu bəyan etdik", - ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib. Onun sözlərinə görə, Vaşinqton Strateji Hücum Silahlarının Sonradan Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Müqaviləsi (START) üzrə kəmiyyət məhdudiyyətlərinə əməl etməyə hazırdır: “Rusiya da hazır olarsa, biz əsas məhdudiyyətlərə sadiq qalmağa hazırıq".

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...