“Paşinyan andiçmədə ona görə ikinci sırada oturmuşdu ki...” – Mirzoyan belə izah etdi

“Paşinyan andiçmədə ona görə ikinci sırada oturmuşdu ki...” – Mirzoyan belə izah etdi

“Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair prosesdə heç bir ilkin şərt irəli sürməyib”.

 

Sfera.az bildirir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

 

“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur”, - Mirzoyan bildirib.

 

Onun sözlərinə görə, qondarma "soyqırım" məsələsi gündəmdə deyil və olmayıb: "Məqsəd münasibətlərin yekun həllidir".

 

Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində ikinci sırada əyləşməsinə də münasibət bildirib:

 

“Bu, protokol prosedurudur. Bütün baş nazirlər ikinci sırada oturmuşdu. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın baş naziri Viktor Orban da var idi”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR