"Türkiyə heç bir ilkin şərt irəli sürməyib" - Ermənistan rəsmisi

Türkiyə münasibətlərin normallaşması prosesində Ermənistan-Türkiyə münaqişəsinin nizamlanması üçün heç bir ilkin şərt irəli sürməyib. 

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

 

“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsidir”, - Mirzoyan bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı bir sıra yüksək vəzifəli şəxslər tərəfindən dəfələrlə fikir və mülahizələr səsləndirilib. Bununla belə, XİN rəhbəri bir daha qeyd edib ki, erməni soyqırımının tanınması və pislənməsi məsələsi də gündəmdə deyil və indiyə qədər də olmayıb.

 

Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və Ermənistanın baş nazirinin ikinci sırada əyləşməsinə də münasibət bildirib. "Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdu. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın Baş naziri Viktor Orban da var idi", - Mirzoyan deyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...