“Meydana təsvirim olan asılmış kukla gətirirlər...” – Serbiya prezidenti təhdidlərdən danışdı

“Meydana təsvirim olan asılmış kukla gətirirlər...” – Serbiya prezidenti təhdidlərdən danışdı

Serbiyanın Prezidenti Aleksandr Vuçiç hər gün 200-dən çox ölüm təhdidi ilə hədələndiyini bildirib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə ölkədə Daxili İşlər Nazirliyi və Polis Günü münasibətilə təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.

 

Vuçiç Belqradda keçirilən kütləvi etiraz aksiyasına onun təsviri olan asılmış kukla gətirən müxalifətin hərəkətinə münasibət bildirməsini xahiş edən jurnalistlərin suallarını cavablandırıb.

 

Prezident qeyd edib ki, 2017-ci ildən hökumət əleyhinə nümayişlərdə bu kimi hallar görünür, onun sözlərinə görə, o, artıq buna öyrəşib.

 

“Mənim işim belə iyrənc və rəzil şeylərə dözməkdir. Mən ölkənin prezidentiyəm, mənim işim ölüm cəzası təhdidlərinə dözməkdir”, - Vuçiç bildirib.

 

“Düşünürəm ki, Serbiyanın daxili işlər naziri hər gün mənə qarşı 200-dən çox birbaşa təhdid edildiyini bilir. Mən bununla yaşayıram, öyrəşmişəm, respublikanın prezidenti və ya görkəmli siyasətçisi olanda dözməyi öyrənməlisən”, - o əlavə edib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...