“İsti havalarda rahat yuxuya getmək üçün qucaqlaşın” – Alman psixoloqdan TÖVSİYƏLƏR

“İsti havalarda rahat yuxuya getmək üçün qucaqlaşın” – Alman psixoloqdan TÖVSİYƏLƏR

Alman psixoloq Tereza Şnorbax isti gündən sonra rahat yuxuya getməyin bəzi qeyri-adi yollarını açıqlayıb. 


Sfera.az xəbər verir ki, psixoloq bununla bağlı fikirlərini İngiltərənin “Daily Mail” nəşri ilə bölüşüb. 


Alman psixoloq deyib ki, sərinləmək və yuxuya getməyi asanlaşdırmaq üçün yataqda qucaqlaşmaq məsləhətdir. Onun sözlərinə görə, istidə qucaqlaşmaq sərinləşməyin ən yaxşı yolu kimi görünməsə də, rahat yuxuya getmək üçün əlverişli variantdır. “Yatmazdan əvvəl qucaqlaşmaq damarlarınızın genişlənməsinə səbəb olur və bu, bədən temperaturunu aşağı salmağa kömək edir”, - deyə o izah edib. 


Şnorbax istidə sərinləmək və daha yaxşı yatmaq üçün başqa bir yol da təklif edir. O bildirib ki, biləklərə və ya nəbzin yaxşı hiss edildiyi digər yerlərə buz qoyularsa, damarlar sərinlik hissinə cavab verəcək və daxili temperatur dərhal aşağı düşəcək. Həkim xəbərdarlıq edir ki, buz birbaşa dəriyə dəyməməlidir: “Buz paketini bədənə sürtməzdən əvvəl onu dəsmala bükmək məsləhətdir. Bundan əlavə, çox isti gündə yatmazdan əvvəl soyuq duş qəbul etmək məsləhət deyil. Çünki həddindən artıq soyuq duş əslində temperaturu tarazlaşdırmaq üçün bədənin həddindən artıq istilik istehsal etməsinə səbəb olur. Buna görə də sərinləmək üçün isti su ilə yuyunmaq məsləhətdir”.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...

Unibankın sahibkarlar üçün yay kampaniyası davam edir

Yayın ən məhsuldar günlərində yeni biznes planlarınızı reallaşdırmağın əsl vaxtıdır. Çünki “Unibank”ın sahibkarlar üçün başlatdığı “Yay kampan...