Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatı başa çatdı - FOTOLAR

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatı başa çatdı - FOTOLAR

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatı bu gün başa çatıb.

 

2023-cü ilin mayın 29-da başlayan və “Baku Crystal Hall”da keçirilən çempionat yeddi gün davam edib.

 

Açıklama yok.

Sfera.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının yaranmasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçirilən dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib.

 

Açıklama yok.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

 

Açıklama yok.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib.

 

Taekvondo üzrə dünya çempionatı MDB məkanında Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.

 

Qadın taekvondoçular arasında 53 kq-da dünya çempionu tituluna Nahid Kiyaniçande (İran) yiyələnib. Gümüş medala Ju Zio (Çin), bürünc mükafatlara Şad Sami Elhossein (Misir) və Tatyana Minina (Dünya Taekvondosu) sahib olub.

 

Kişi taekvondoçular arasında +87 kq çəki dərəcəsinin ən güclüsü Şeyk Sallah Sisse (Fil Dişi Sahili) olub. O, finalda Karlos Sansoresi (Meksika) məğlub edib. 3-cü yerləri Emre Ateşli (Türkiyə) və Pasko Boziç (Xorvatiya) tutublar.

 

Azərbaycan taekvondoçularından Həmidrza Bədriəliabadi (+87 kq) 1/4, Səmərrux Osmanova (53 kq) 1/16 finalda məğlub olub.

 

Beləliklə, mayın 29-da start götürən və 145 ölkədən 949 idmançının qatıldığı mundialda 16 dəst medal öz sahibini tapıb. Dünya Taekvondosunun 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edən yarışda qızıl medal qazanan idmançılar aktivinə 140 reytinq xalı əlavə ediblər.

 

Kişi taekvondoçuların komanda hesabında ilk "beşliy"i Cənubi Koreya, Xorvatiya, Türkiyə, İtaliya və Fil Dişi Sahili tutub. Qadınların mübarizəsində Türkiyə, Fransa, Xorvatiya, Macarıstan və İran fərqlənib. Azərbaycan millisi isə Dünya Taekvondosu tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib.

 

Mundialın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının keçici bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib.

 

Qeyd edək ki, dünya çempionatı Rusiyadan sonra MDB ölkələri arasında ikinci dəfə Azərbaycanda olub. Ölkəmiz mundialı qəbul edən Avropa ölkələri arasında Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra yeddinci kimi tarixə düşüb.

Açıklama yok.

Bu gün dünya çempionatının bağlanış mərasimi keçirilib. Mərasimə aid olan foto görüntüləri təqdim edirik.

 

Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.Açıklama yok.

 

Fotolar: Anar Bayramlı

 

 

 


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov polislərə tələb qoydu

Daxili işlər naziri Vilayət Eyvazov polis əməkdaşlarından vətəndaş məmnunluğunun təmin edilməsi, qəbul işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib. ...

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Xalq artisti Niyaməddin Musayev ilk dəfə illərdir küsülü olduğu qardaşı oğlu Musa Musayevin adını çəkib.   Sfera.az xəbər verir ki, "Xəzər ...

Azərbaycanlı “Vaqner”çilər həbs olundu - DTX-dən əməliyyat

Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu v...

London Kiyevə 5000 zenit raketi tədarük edəcək

Böyük Britaniyanın baş nazirinin müavini Ancela Reyner cümə axşamı Ukraynaya 5 mindən çox “Thales” zenit-raket kompleksinin tədarükü ilə bağlı öncəd...

Ermənistan XİN də bugünkü görüşlə bağlı məlumat yaydı

Ermənistan XİN Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı məlumat yayıb.   ...

"Range Rover"in yeni loqosu bəyənilmədi

Məşhur britaniyalı avtomobil istehsalçısı Jaguar Land Rover (JLR) 55 illik tarixi olan Range Rover brendi üçün ilk dəfə rəsmi loqo təqdim edib. Lakin şirkətin b...