Bakıda intihara cəhd edən qız belə xilas edildi - ANBAAN VİDEO

Bakıda intihara cəhd edən qız belə xilas edildi - ANBAAN VİDEO

Bakıda səhər saatlarında intihara cəhd hadisəsi olub.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, bir nəfər vətəndaş Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib.

 

Bunu görən vətəndaşlar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri gəlib.

 

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1987-ci il təvəllüdlü vətəndaş, ilkin ehtimala əsasən, şəxsi münasibətlər səbəbindən mənzilin eyvanına çıxaraq intihara cəhd edir.

 

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...