Əhməd Obalını vəhşicəsinə döyən şəxs SAXLANILDI

Əhməd Obalını vəhşicəsinə döyən şəxs SAXLANILDI

Uzun illərdir ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalını döyən şəxs saxlanılıb.


Sfera.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında paylaşım edib.

 

Ə.Obalı bildirib ki, baş verənlər haqqında çoxsaylı şayiələr yayılıb və bu şayiələr həqiqəti əks etdirmir. Ə.Obalı əlavə edib ki, onu vəhşicəsinə döyən şəxs ABŞ polisi tərəfindən artıq saxlanılıb:

 

"Cinayəti törədən adam tutulub. Polisin istəyi budur ki, biz kimsəylə bu barədə danışmayaq və şayiələrin yayılmasına şərait yaratmayaq. Araşdırma gedir və hər şey bəlli olacaq. Bu məsələnin arxasında daha kimlər ola bilər axtarılır".

 

O, səhətinin normal olduğunu və ölüm təhlükəsini atlatdığını deyib: "Vəziyyətim yaxşıdır, ancaq hələ ki əlim və ayağım iflic vəziyyətdədir. Ona da ümid var ki, düzələcək".

 

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...