\"Real Madrid\" Asensio ilə yollarını ayırdı

18:00 / 03.06.2023
6366
“Real” futbolçusu Marko Asensio ilə yollarını ayırıb.
Sfera.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Madrid təmsilçisi 7 mövsümdür komandanın formasını geyinən 27 yaşlı hücumçuya uğurlar arzulayıb.
Qeyd edək ki, Asensio 2016-cı ildən indiyədək “Real” ilə 17 kubok qazanıb, 3 dəfə İspaniya çempionu olub və eyni sayda Çempionlar Liqasının qalibi olub.