Priqojin Kadırovla aralarındakı gərginlikdən DANIŞDI: "Çoxlu qan tökülərdi"

Priqojin Kadırovla aralarındakı gərginlikdən DANIŞDI:

“Vaqner”in rəhbəri Yevgeni Priqojin videomüraciətində çeçen siyasətçiləri və hərbçiləri ilə aralarında olan münaqişənin həll olunduğunu bildirib. 


Sfera.az xəbər verir ki, müvafiq qeydi onun mətbuat xidməti yayıb.

 

“Ramzan həmin gün mənə zəng etdi. Onunla danışdıq və razılaşdıq ki, bütün bu hekayəni dayandıraq”, - o bildirib.

 

Eyni zamanda, Priqojin ona ünvanlanan bəyanatları təxribat xarakterli adlandırıb, lakin qeyd edib ki, millətlərarası münaqişənin qarşısını almaq üçün onlara cavab verməmək qərarına gəlib.

 

“Biz meydanda qarşıdurmadan başlayaraq istənilən münaqişə səviyyəsinə asanlıqla gələ bilərdik və inanın ki, “Axmat”la “Vaqner”in qarşıdurmasında qalib bəlli olardı, amma çoxlu qan tökülərdi. Üstəlik, heç kim "Axmat" haqqında təhqiramiz söz deməyib”, – Priqojin qeyd edib.

 

O, hərbi rəhbərliyin cinayətləri ilə bağlı təhlükəsizlik orqanlarına şikayət ərizəsi təqdim etdikdən sonra ona qarşı açıqlamalar verildiyinə də diqqət çəkib.

 

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu fonda Təhlükəsizlik Şurasının iclasını çağırmalı və vəziyyəti nizamlamalı idi.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR

Rusiyada zavodda qəza baş verib, ölən və yaralananlar var

Rusiya Federasiyasının Volqoqrad vilayətinin Voljski şəhərindəki metallurgiya zavodunda ağır texnoloji qəza baş verib.   Sfera.az Rusiya KİV-ə istina...

Aksessuarlarının qiyməti 24 mindən çoxdur - FOTOLAR

Müğənni Safurə Əliyeva istirahət fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, şəkillərdə ifaçının taxdığı qızılı aksessuarlar diqq...

Mikayıl Cabbarov: "Azərbaycan-BƏƏ sazişi strateji əlaqələrdə mühüm mərhələdir"

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla keçirdiyi görüş ...

MN: İkitərəfli “Tərlan - 2025” PUA təlimi uğurla yekunlaşdı

Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan - 2025” birgə takti...

Bu xəstəliyə qarşı fövqəladə tədbirlər GÖRÜLDÜ

Türkiyədə heyvandarlıq sektoru təhlükə altındadır. Ölkədə ilk dəfə aşkarlanan SAT1 serotipi şap xəstəliyinə qarşı genişmiqyaslı mübarizə tədbirləri başlayıb. Kə...

Günay hekayəsi ilə türk münsifləri kövrəltdi

"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı iştirak edib.   Sfera.az xəbər verir ki, Günay Nuriyeva adlı gimnast təkcə istedadı ilə ...