"Müharibə davam etdiyi müddətdə..." - Zelenskidən NATO AÇIQLAMASI

Siyasət
13:52 / 03.06.2023
5661
Ukrayna Prezidenti Volodimir Zelenski etiraf edib ki, Rusiya ilə müharibə bitməmiş ölkəsinin təkidlə tələb etdiyi Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) daxil olması mümkün deyil.
Sfera.az xəbər verir ki, Zelenski bunu estoniyalı həmkarı Alar Karis ilə birgə mətbuat konfransında bildirib.
“Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO-ya üzv olmayacağıq. Biz bunu istəmədiyimizə görə yox, mümkünsüz olduğuna görə...”, - o deyib.
Qeyd edək ki, NATO üzvləri gələn ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində Ukraynanın iştirakını müzakirə edəcəklər.
Əzizə