Bu ölkənin Baş nazirindən Zelenskiyə qarşı qeyri-etik jest - VİDEO

Bu ölkənin Baş nazirindən Zelenskiyə qarşı qeyri-etik jest - VİDEO

Lüksemburqun Baş naziri Xavier Bettel Ukrayna Prezidenti Volodimir Zelenskini qeyri-etik tərzdə əl jesti ilə susdurub.


Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Avropa Siyasi Birliyinin sammiti ərəfəsində baş verən insidentin görüntüsü Yutubda yerləşdirilib.

 

Videoda Zelenskinin Serbiya Prezidenti Aleksandr Vuçiç və Lüksemburqun Baş naziri Xavier Bettel ilə danışmağa çalışdığı görünür. Qısa söhbətdən sonra Bettel Zelenskiyə xarakterik əl jesti edib, yəqin ki, o, ukraynalı siyasətçinin həddindən artıq danışdığına işarə edib.

 

Belə bir addıma cavab olaraq Ukrayna rəhbəri istehzalı təbəssümlə üz döndərib. O, jurnalistlərə Betteldən incimədiyini və onun hərəkətini təhqir kimi qəbul etmədiyini göstərməyə çalışıb.

 

Tədbir zamanı Zelenski öz sülh planını müzakirə etmək üçün gələcək sammitin təşkilini açıqlayıb . Siyasətçinin sözlərinə görə, Ukrayna hakimiyyəti orada iştirak etmək üçün mümkün qədər çox ölkəni cəlb etmək istəyir, bu səbəbdən tədbirin tarixi təsdiqlənməyib.

 

Qeyd edək ki, iyunun əvvəlində Moldovada Avropa siyasi birliyinin sammiti keçirilib. İclasda 47 dövlət, Avropa Şurasının, Avropa Komissiyasının və Avropa Parlamentinin rəhbərləri iştirak ediblər. Tədbir Kişineudan 45 kilometr aralıda yerləşən Bulboaca kəndindəki “Mimi” şərab zavodunun ərazisində keçirilib.

 

Əzizə Zeynal

 

 


OXŞAR XƏBƏRLƏR