Əliyev, Zelenski, Putin... Ərdoğanın andiçmə mərasimində bu liderlər İŞTİRAK EDƏCƏKLƏR

Əliyev, Zelenski, Putin... - Ərdoğanın andiçmə mərasimində bu liderlər İŞTİRAK EDƏCƏKLƏR

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində 20-yə yaxın dövlət başçısı iştirak edəcək.


Sfera.az xəbər verir ki, tədbirin bu gün yerli vaxtla 14:00-da Ankarada keçirilməsi nəzərdə tutulub.

 

Türkiyə prezidentinin ofisindəki mənbə bildirib ki, Ərdoğanın andiçmə mərasimində 20 dövlət başçısı ilə yanaşı, müxtəlif ölkələri təmsil edən 40-dan çox nazir iştirak edəcək.

 

Azərbaycan Prezidenti İlham Əliyev, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Prezidenti Putin, Ukrayna Prezidenti Zelenski , Ermənistanın Baş naziri Nikol Paşinyan və NATO-nun baş katibi Yens Stoltenberq də qonaqlar arasındadır.

 

Xatırladaq ki, Ərdoğan prezident seçkilərinin ikinci turunda səslərin 52%-dən çoxunu qazanıb.


Əzizə


OXŞAR XƏBƏRLƏR