Moskvanın sənaye zonasında partlayış baş verib - Yaralılar var/VİDEO

Dünya
19:42 / 02.06.2023
4896
Bu gün günorta saatlarında Moskva Kotlyakovskaya küçəsindəki sənaye məhəlləsində partlayış səsi eşidilib.
Sfera.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
İlkin məlumatlara görə, yanacaq olan konteyner partlayıb.
Yerli jurnalistlərin məlumatına görə, 50 yaşlı kişi ayaq və qollarından yanıq xəsarətləri alıb. Hadisənin səbəbi məlum deyil.
Konteynerin partlama səbəbləri müəyyənləşdirilir.
Hadisə yerindən yayılan görüntülərdə güclü qara tüstü görünür.
Xatırladaq ki, mayın 30-da Rusiya paytaxtına səkkiz pilotsuz təyyarə gəlib. Partlayış 25-ci mərtəbədəki mənzildə baş verib. Rusiya prezidenti Vladimir Putin bunun təxribat olduğunu və səbəbkarların ukraynalıların olduğunu bildirib.
Aynil
Sfera.az