Bakının apteklərində aparılan yoxlamaların nəticəsi açıqlandı

Cəmiyyət
19:05 / 02.06.2023
4324
Analitik Ekspertiza Mərkəzi ötən ay aptek təşkilatlarında keçirilən yoxlamaların nəticələrini açıqlayıb.
Mərkəzdən verilən məlumata görə, Bakı şəhəri üzrə 43 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.
İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri üzrə 9 protokol tərtib edilib.