Maksim Qalkinin şikayəti təmin edilmədi – Hələ də xarici agent hesab olunur

Tanınmış rusiyalı şoumen və aktyor Maksim Qalkinin adı Rusiya Ədliyyə Nazirliyinin tərtib etdiyi xarici agentlərin reyestrindən çıxarılmayıb.
Sfera.az RBC-yə istinadən xəbər verir ki, Qalkin adının reyestrdən çıxarılması üçün məhkəməyə müraciət edib. Müraciət əsasında Moskvanın Zamoskvoretski Məhkəməsi mübahisəli məsələyə baxıb. Məhkəmə Qalkini haqlı bilməyib və onun adı Ədliyyə Nazirliyinin xarici agentlər siyahısından çıxarılmayıb.
Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi Qalkinin xarici təsir altında olduğunu bildirir. Buna görə də 2022-ci ilin sentyabrında onun adı xarici agentlər siyahısına daxil edilib. Nazirliyin məlumatına əsasən, şoumen “siyasi fəaliyyətlə məşğul olarkən” Ukraynadan maliyyə alıb, Ukraynada keçirilən xüsusi əməliyyata qarşı çıxıb və sonradan konsertlər verməyə başlayaraq toplanan pulların bir hissəsini ukraynalı qaçqınlara yardım üçün göndərib.
Xarici agent kimi tanınmasına münasibət bildirən Qalkin söyləyib ki, o, özünü agent hesab etmir və onun adının reyestrə salınmasının səbəbini anlamır:
"Mən sonuncu dəfə Ukraynada təxminən on il əvvəl konsert vermişəm və pulu onda almışam. Əgər mən izləyicilərimə pul toplamaq və ya kömək üçün müraciət etsəm, bunu tam səmimiyyətlə edirəm. Mən vicdanlı insanam və dürüstlük məsələsində alverlə məşğul olmuram”.
Qalkinin həyat yoldaşı, SSRİ xalq artisti Alla Puqaçovadır. O ərinin xarici agent kimi tanınmasından sonra onun da xarici agent kimi tanınmasını xahiş edib. Puqaçova əri ilə həmrəy olduğunu bildirib və onu dürüst, layiqli, səmimi insan, Rusiyanın əsl və səmimi vətənpərvəri adlandırıb.
Vasif