Rəqiblərindən Baydenin yıxılmasına REAKSİYA: “Bu, dəlilikdir”

Rəqiblərindən Baydenin yıxılmasına REAKSİYA: “Bu, dəlilikdir”

ABŞ Prezidenti Cozef Baydenin yıxılması dünya mediasının müzakirə mövzusuna çevrilib.

 

Sfera.az bildirir ki, Ağ Ev rəsmiləri Baydenin vəziyyətinin hazırda yaxşı olduğunu bildiriblər. Ağ Evin kommunikasiya direktoru Ben LaBolt “Twitter”də bunları qeyd edib: "O, əl sıxarkən səhnədə qum torbası var idi. İndi yaxşıdır”.

 

Qeyd olunub ki, Bayden 921 məzunun hər biri ilə görüşmək üçün saat yarıma yaxın vaxt sərf edib.

 

Tənqidçilər isə Ağ Ev rəhbərinin yenidən prezident olmaq üçün çox qoca olduğunu söyləyib. Son sorğular göstərir ki, ABŞ seçicilərinin əksəriyyəti onun qocalmasından narahatdırlar. Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərindəki rəqibləri də məsələyə münasibət bildirib.

 

Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp Ayova ştatında keçirilən seçki kampaniyası zamanı hadisəni “dəlilik” adlandırıb: "Ümid edirəm ki, o, zərər çəkməyib. Bu, heç də ilhamverici bir şey deyil. Bununla bağlı diqqətli olmalısınız”

 

Florida qubernatoru, prezidentliyə namizəd olan Ron DeSantis də Nyu-Hempşirdəki seçki kampaniyası zamanı Baydenin yıxılmasından söz açıb: "Baydenin aldığı hər hansı xəsarətdən tez sağalmasına ümid edirik. Bununla yanaşı, biz Bayden və onun siyasətinə görə ölkəmizə dəyən xəsarətlərin də aradan qaldırılmasını arzulayırıq”.

 

Qeyd edək ki, dünən ABŞ Prezidenti Cozef Bayden Hərbi Hava Qüvvələri Akademiyasının kursantlarının buraxılış mərasimində yıxılıb. O, tribunadan düşərkən müvazinətini itirib. Baydeni ayağa qaldırmaq üçün azı üç Hərbi Hava Qüvvələri rəsmisi köməyə gəlib. Ayağa qalxan ABŞ Prezidenti yerinə qayıdaraq mərasimi izləyib.

 

Xatırladaq ki, Co Bayden kameralar qarşısında yıxılan ilk prezident deyil. Ondan qabaq, həmkarı Barak Obama 2012-ci ildə keçirilən tədbirdə pilləkənlərlə yuxarı qalxarkən büdrəyib yıxılmışdı. O cümlədən, 1975-ci ildə “Air Force One”ın pilləkənlərində Cerald Fordun başına eyni hadisə gəlmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR