Balakəndə gözəllik salonunda YANĞIN

Cəmiyyət
14:10 / 02.06.2023
2181
Balakəndə gözəllik salonunda yanğın baş verib.
Sfera.az xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən, Muradov Sənan İmran ogluna məxsus gözəllik salonunda baş verib. Yanğın yerinə yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.
Yanğının səbəbi araşdırılır.