Valyuta satışında azalma davam edir - Son rəqəm

Valyuta satışında azalma davam edir - Son rəqəm

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2023-cü ilin may ayı ərzində 277,2 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb.


Sfera.az ARDNF-ə istinadən xəbər verir ki, maydakı satış miqdarı son 4 ayın ən aşağı göstəricisidir. 


Belə ki, martda valyuta satışı 383,9 milyon dollara yüksəldikdən sonra davamlı azalır. Valyuta satışı apreldə 286 milyon dollara düşdükdən sonra mayda bir qədər də azalıb. 


Mayda satılan valyutanın həcmi yanvar ayı istisna olmaqla cari ildə satılan ən az valyuta olub. 


Bu fakt ölkəmizdə dollar və digər xarici valyutaya tələbin xeyli az olmasının göstəricisidir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR