Qərb ölkələri ÇIXILMAZ DURUMDA - Kiyevə hərbi yardım dayandırılır?

Dünya
12:17 / 02.06.2023
2071
“Qərbin Ukraynaya göndəriləcək hərbi texnika ehtiyatları tükənir”.
Sfera.az bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “The Washington Post” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, Kiyevi dəstəkləməyə davam edən dövlətlər Ukrayna ordusunun ehtiyacları üçün xüsusi olaraq silah almalıdırlar.
“Bir çox ölkənin müdafiə ləvazimatlarının tükəndiyi reallığını görürük. Lakin rəsmi London yaranmış çətinliklərə baxmayaraq, Kiyevə yardımı davam etdirmək niyyətindədir”, deyə nazir söyləyib.
O, həmçinin Ukraynanın Rusiya ilə danışıqları bərpa etməyə sövq edilməsinə qarşı çıxıb.
Günay Rəsulqızı