Qaynının qızını zorlayan deputata AĞIR CƏZA

Həyat yoldaşının 14 yaşlı qardaşı qızına təcavüz edən Rusiyanın Altay Respublikasının Dövlət Məclisinin (El Kurultayı) 48 yaşlı deputatı haqqında məhkəmə hökmü elan olunub.
Sfera.az “Lenta.ru”ya istinadən xəbər verir ki, məhkəmə deputata 8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Həmin şəxs Rusiya Cinayət Məcəlləsinin 131 (“Yetkinlik yaşına çatmayanı zorlama”) və 135-ci maddələri (“On altı yaşına çatmamış şəxsə qarşı ləyaqətsiz hərəkətlər”) ilə təqsirli bilinib.
Məhkəmə istintaqı müəyyən edib ki, 2019-cu ilin sonunda Barnaulda deputat bir qızı zorlayıb, sonra isə onunla dəfələrlə nalayiq hərəkətlər edib. Qız bu barədə iki il sonra danışıb. İstintaq zamanı deputat ifadə verməkdən imtina edib.
Qeyd edək ki, deputatın adı açıqlanmayıb.
Vasif