Mariya Zaxarova Kılıçdaroğlunun iddialarına CAVAB VERDİ

“Rusiya Qərb kimi davranmır və digər ölkələrin daxili siyasi proseslərinə qarışmır”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyədəki prezident seçkilərində müxalifətin namizədi Kamal Kılıçdaroğlunun bəyanatlarına münasibət bildirərkən deyib.
“Biz əlaqələrimizin bütün spektrini inkişaf etdirmək üçün Türkiyə tərəfi ilə əlaqələndirilmiş işi davam etdirmək niyyətindəyik. Bir daha deyirik ki, biz kollektiv Qərbdən nümunə götürmürük və başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhd etmirik”, - deyə o bildirib.
Zaxarova türk xalqının demokratik ifadə zamanı öz iradəsini ortaya qoyduğunu vurğulayıb.
Xatırladaq ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Seçki komissiyası Rəcəb Tayyib Ərdoğanın qələbəsini tanıyıb. Bülletenlərin 99,43 faizinin işlənməsinin nəticələrinə görə, o, 52,14 faiz, müxalifətin namizədi Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs toplayıb. K.Kılıçdaroğlu Rusiyanı Türkiyədəki seçki kampaniyasına müdaxilə etməkdə ittiham edib.
Əzizə