Dolların bahalaşması nefti ucuzlaşdırır
09:25 / 21.10.2016
1424
Dünya bazarında neft ucuzlaşıb.
Sfera.az APA -Economics-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 50,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,14 dollar azalaraq 51,24 dollar olub.
Neftin ucuzlaşmasına oktyabrın 18-də neftin bahalaşması ilə əlaqədar bazar iştirakçılarının gəlirlərini hesablaması və dolların xarici valyutalara nisbətdə bahalaşması səbəb olub.