Mümkün olmayan missiya - Donmuş alpinist Everestdəki “ölüm zonasından” xilas edildi - FOTO

Himalay dağlarının zirvəsində Everestdə, demək olar ki, qeyri-mümkün hesab edilən xilasetmə əməliyyatı keçirilib və "ölüm zonası"nda olan donmuş alpinist xilas edilib.
Sfera.az bildirir ki, mayın 18-də nepallı bələdçi Gelye Sherpa dünyanın ən hündür zirvəsinin yaxınlığında, temperaturun bəzən -30°C-dən aşağı düşdüyü "ölüm zonası"nda ürpədici formada malayziyalı alpinistin ipdən bərk yapışdığını görüb. Adamın necə deyərlər “sonu çatıb”.
Bələdçi başqa bir müştərini dağa aparırmış və alpinistin kəndirdən yapışdığını və soyuqdan titrədiyini görüb. Nepallılara Malayziya vətəndaşını xilas etmək üçün ümumilikdə 6 saat vaxt lazım olub.
Onun sözlərinə görə, qurbanı yuxu kisəsinə büküb, sonra qarın arasından sürüyərək növbə ilə arxası üstə düşərgəyə aparıblar. Sonra o, vertolyotla baza düşərgəsinə aparılıb.
Nepal səlahiyyətliləri mart ayından may ayına qədər dağlara qalxmaq üçün icazə verdi. Onlardan ən azı 12 nəfər ölüb. Bu, son səkkiz ilin rekordudur. İtkin düşən 5 nəfərin axtarışı davam edir.
Xatırladaq ki, britaniyalı veteran Everesti hər iki ayağı olmadan fəth edən ilk alpinist olub. Hari Budda dizdən yuxarı protezlərlə belə yüksəkliyə qalxmağı bacaran ilk alpinistdir. O, missiyasının məqsədinin əlilliyi olan insanların fərqli qavrayışlarını təmin etmək və başqalarını öz arzularını həyata keçirməyə sövq etmək olduğunu bildirib.
Aysel
Sfera.az