20 ildən artıqdır sonsuzluqdan əziyyət çəkən qadın qəfildən ana olub

Avstraliyanın Brisben şəhərindən olan 43 yaşlı Reyçel O'Donnellə 20 ildən çoxdur ki, yumurtalıqların polikistik sindromu səbəbindən uşaq sahibi ola bilməyəcəyini deyiblər. Lakin bu ilin aprelində o, gözlənilmədən ana olub.
Sfera.az bildirir ki, qadın ürəkbulanma və öd kisəsində ağrılardan şikayət edərək tibb müəssisəsinə müraciət edib. Digər testlərlə yanaşı, ona hamiləlik testi verilib və nəticənin "müsbət" olduğunu öyrənəndə o, təəccüblənib. Qadın ilk dəfə buna inana bilməyib, ona görə də həkimlər ultrasəs müayinəsi apararaq, körpənin bətnində ürək döyüntülərini eşitməyə imkan veriblər.
Dölün ürək döyüntüsünün azalması səbəbindən qeysəriyyə əməliyyatı aparılmasına qərar verilib. Qadın, vaxtından 10 həftə əvvəl dünyaya gələn və cəmi iki kiloqram ağırlığında olan oğlunu sağ-salamat dünyaya gətirib.
Yeni ana qeyd edib ki, keçən ay inanılmaz dərəcədə həyəcanlı, lakin əyləncəli keçib. Onda heç bir aşkar hamiləlik əlamətləri olmayıb.
1 iyun Beynəlxalq Uşaqları Müdafiə günündə körpəsinin 2 ayını qeyd edən ana sevincini sosial şəbəkə istifadəçiləri ilə paylaşıb.
Aynil
Sfera.az