"İndi hamı bilir ki, Rusiya məğlubedilməz imperiya deyil" - Ukraynalı jurnalist

“Ukraynanın Putin işğalına qarşı müqaviməti Rusiyanın yenilməzliyi ideyasını alt-üst etdi. İndi hamı bilir ki, Rusiya məğlubedilməz imperiya deyil. Rusiya Ukraynanı "özününkü" elan etməyə çalışdığı kimi, digər ölkələr də Rusiya torpaqlarına göz dikərək fürsət gözləyirlər, çünki müharibə Rusiya ordusunun nə qədər zəif olduğunu göstərir”.

 

Sfera.az xəbər verir ki, bu  fikirlər Svitlana Morenets adlı ukraynalı jurnalistin "Teleqraf"dakı məqaləsindəndir. Həmin məqaləni təqdim edirik:

 

***

Keçən il Ukraynanın genişmiqyaslı işğalından sonra səssizliyini pozan ilk ölkə Yaponiya oldu. Tokio Kuril adaları ilə bağlı bildirdi ki, Sovet İttifaqının 77 il əvvələ dayanan işğalından sonra Şimal ərazilərinin hələ də geri qaytarılmaması tamamilə qəbuledilməzdir. Bu ilhaq yaponların cənub adalarından qovulmasına səbəb olub və o vaxtdan bəri ölkələr kompromis əldə edə bilməyiblər.

***

Daha sonra Pekində Sibirin və Rusiyanın Uzaq Şərq bölgəsinin bir hissəsinin Çin torpaqları kimi qeyd edilən xəritələr görünməyə başladı. Qeyd edim ki, Çin torpaqlarının böyük əraziləri 19-cu əsrdə Rusiyaya ilhaq edilib. Bu ərazini dinc yolla geri qaytara bilməyən Pekin Baykal ətrafında iqtisadi ekspansiyaya davam edir və sərhədə yaxın torpaqları aktiv şəkildə alıb icarəyə verir.

 

Türkiyə, Azərbaycan, Qazaxıstan və hətta Ukrayna da Rusiya torpaqları uğrunda yarışmaqda maraqlı ola bilərdi. Ukrayna bayrağı altında Belqorod vilayətinə soxulan rus döyüşçüləri Putinə xatırladıb ki, başqaları da öz “ilkin ərazilərini” geri ala bilər. Kiyev 1991-ci il sərahədlərini bərpa etməyi və müharibəni dayandırmağı hədəfləyir.

 

***

Moskva özünün Avropa sərhədlərini genişləndirmək niyyətində olduğu bir vaxtda Rusiyadakı milli muxtariyyətlər və onların sürgündə olan rəhbərləri Rusiyanın 34 müstəqil dövlətə bölünməsini xəyal edərək, onun müstəmləkəsizləşdirilməsini nəzərdə tuturlar. Hələlik Rusiya daxilindəki zülm və təqiblərə görə milli azadlıq hərəkatları yoxdur. Sovet İttifaqı dağılanda Rusiyanın bir neçə bölgəsi öz dövlət suverenliyini elan etdi. Bu bölgələrin ayrı-ayrı dövlətlər kimi suverenliklərini ifadə edən konstitusiyaları və onların Moskva ilə münasibətlərini tənzimləyən  müqavilələri var.

 

***

Rusiyanın ən yoxsul bölgələri hərbi xidmətdən daha çox təsirlənib. Dağıstan, Kalmıkiya və Buryatiyada müharibə əleyhinə mitinqlər keçirilib, respublika rəhbərləri hərbi xidmətə çağırışın əleyhinə çıxış ediblər. Etnik məsuliyyətlətinə görə onlara qarşı Sankt-Peterburqda və ya Moskvada yaşayanlarla müqayisədə ikinci dərəcəli vətəndaş kimi davranıldığı iddia olunur. Cəbhə xəttindən kiçik şəhər və kəndlərə çatdırılan tabutların sayının artması etiraz ruhunu daha da alovlandırır.

 

***

Ukrayna hökuməti hesab edir ki, Rusiyanın imperialist ambisiyaları hamı üçün ədalətlə başa çatmalıdır. Ukrayna təkid edir ki, Şərqi Avropada uzunmüddətli sülhə nail olmaq üçün Moskva qoşunları təkcə Krımı və Donbası deyil, Dnestryanı, Abxaziya və Dağlıq Qarabağı da tərk etməlidir. Bu, idealist arzudur, demək olar ki, qeyri-mümkündür, çünki Putin bir qarış torpağı da pulsuz verməyəcək.

 

İnci


OXŞAR XƏBƏRLƏR