Kılıçdaroğlu istefa verəcək? - Qərarını bu tarixdə AÇIQLAYACAQ

Kılıçdaroğlu istefa verəcək? - Qərarını bu tarixdə AÇIQLAYACAQ

Türkiyədəki seçkilərdən sonra Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun istefası məsələsi gündəm olub.

 

Sfera.az bildirir ki, son günlər atacağı addımlar maraq obyektində olan Kılıçdaroğlu yeni yol xəritəsini müəyyən etmək üçün bu gün Mərkəzi İcra Şurasını toplayır.

 

O, ilk növbədə A komandasını yeniləyəcək. Bu səbəbdən Kılıçdaroğlunun şura üzvlərindən istefaları ilə görüşə gəlmələrini xahiş etdiyi öyrənilib.

 

Kılıçdaroğlu dəyişiklik və seçki nəticələrini müzakirə etmək üçün şənbə günü Partiya Məclisini də toplayacaq. Burada qurultayın nə vaxt keçiriləcəyi və Kılıçdaroğlunun sədr kimi yoluna davam edib-etməyəcəyi də müzakirə olunacaq. Həmin gün Cümhuriyyət Xalq Partiyasının Parlament Qrupu Rəhbərliyi də müəyyənləşəcək.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR