“Altılı masa”nın taleyi necə olacaq? - İYİ Partiyada müzakirələr BAŞLADI

Türkiyədəki seçkilərdən sonra “Altılı masa”nın taleyini müzakirə obyekti olub.
Sfera.az türk mediasına istinadən bildirir ki, İYİ Partiya daxilində də bu məsələ gündəm olub.
Belə ki, “Hər kəs öz yolu ilə getməlidir” fikrinin hakim olduğu bu partiyada 2024-cü ilin martında keçiriləcək yerli seçkilər üçün CHP və ya digər partiyalarla iş birliyinin olub-olmayacağı da sual altındadır. Məlumata görə, partiyadakı səlahiyyətli şəxslər “Altı masa”nın sadəcə “seçki ittifaqı” olduğunu düşünür. Bəzi heyət üzvləri “Altılı Masa İYİ Partiyaya yaxşı gəlmədi”, deyə fikirlər səsləndirib. Qeyd olunub ki, sistemin dəyişməsi üçün CHP və yeni partiyaların iştirakı ilə yaranan “masa” artıq öz vəzifəsini tamamlayıb.
Digər tərəfdən, partiya daxilindəki müxalifət hərəkatları 24-25 iyunda keçiriləcək qurultayda Meral Akşenerə qarşı namizədin irəli sürə bilməyəcəyini iddia edib.
Günay Rəsulqızı