İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

Amerikalı sahibkar, Tesla və SpaceX-in rəhbəri İlon Mask dünyanın ən varlı adamları siyahısındakı ilk yerini bərpa edib.


Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnault isə ikinci yerə keçib. 

 

Məlumata görə, Maskın sərvəti 192 milyard dollar, Arnaultun isə isə 187 milyard dollardır.

 

Bir gün əvvəl Maskın sərvəti 190 milyard dollar, Arnonun sərvəti 192 milyard dollar olub. İlin əvvəlindən Maskın sərvəti 55,3 milyard dollar, Arnaultun sərvəti isə 24,5 milyard dollar artıb.

 

Bir gün əvvəl Tesla səhmləri 1,38% artıb, LVMH səhmləri isə 2,64% ucuzlaşıb. Amazon qurucusu Ceff Bezos isə 144 milyard dollarla milyarderlər siyahısında üçüncüdür.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR