“Moskvaya hücumu kimin təşkil etdiyini bilmirik” – ABŞ rəsmisi

“Moskvaya hücumu kimin təşkil etdiyini bilmirik” – ABŞ rəsmisi

ABŞ rəsmilərində Moskvaya mayın 30-da reallaşmış pilotsuz təyyarə hücumunda konkret kimin əli olması barədə dəqiq məlumat yoxdur.

 

Sfera.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonda keçirdiyi brifinqdə bildirib.

 

Eyni zamanda o, Kiyevin dron hücumuna görə məsuliyyətini inkar etdiyini xatırladıb və ABŞ-nin baş verənlərlə bağlı öz təhqiqatını aparmasının məqsədəuyğun olmadığını vurğulayıb.

 

Con Kirbi əlavə edib ki, ABŞ Ukraynaya hansı hədəfləri vurub, vurmayacağını, Ukrayna qoşunlarının döyüş əməliyyatlarını necə aparmalı olduğunu demir.

 

“Prezident Zelenski və hərbi rəhbərlik hərbi nöqteyi-nəzərdən nə edəcəklərinə qərar verirlər”, - Ağ Evin nümayəndəsi bildirib.

 

Bundan əvvəl Vaşinqton bəyan etmişdi ki, ABŞ Rusiya ərazisinə Ukraynanın potensial zərbələrini dəstəkləmir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR