Trampa daha bir ZƏRBƏ – O da prezidentliyə namizəd oldu

ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pensin gələn həftə 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qatılmaq qərarını açıqlayacağı gözlənilir.
Sfera.az bildirir ki, o, iyunun 7-də Ayova ştatında çıxışı zamanı Respublikaçılar Partiyasından namizədliyini elan etməklə prezidentlik kampaniyasına başlayacaq.
“Keçmiş rəhbəri Donald Trampa rəqib olacaq Pensin anketlərdə Tramp və Respublikaçı namizəd Ron DeSantisdən sonra ən populyar ad olduğu bildirilir. Digər tərəfdən, “Morning Consult” şirkətinin mayın 26-28-də keçirdiyi sorğuya əsasən, Respublikaçı seçicilərin 56 faizi Trampı, 22 faizi DeSantisi dəstəklədiyi halda, Pensin dəstəyi 5 faiz səviyyəsindədir.
Respublikaçılar Partiyasından namizədliyini artıq elan edən digər adlar arasında ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, gənc multimilyonçu Vivek Ramasvami, iş adamı Perri Conson, mühafizəkar qaradərili radio aparıcısı Larri Elder, senator Tim Skott və siyasətçi Asa Hatçinson var.
Günay Rəsulqızı