NATO Baş katibindən MÜHÜM TÜRKİYƏ AÇIQLAMASI: “Yaxın vaxtlarda..”

NATO Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Ankaraya səfər edəcək.
Sfera.az bildirir ki, bu barədə o, Norveçin paytaxtı Osloda keçiriləcək NATO xarici işlər nazirləri toplantısı öncəsi mətbuata açıqlama verən zaman danışıb. Stoltenberq İsveçin NATO üzvlüyü ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyini söyləyib.
“Bu həftənin əvvəlində prezident Ərdoğanla görüşdüm. Mən həmişə İsveçin üzvlük məsələsində irəliləyiş əldə etməyin vacibliyini vurğulayıram. İsveçin mümkün üzvlüyünü necə əldə edə biləcəyimizi müzakirə etmək üçün yaxın vaxtlarda Ankaraya da gedəcəyəm”, - Baş katib bildirib.
“Finlandiya artıq alyansa üzv olub və əminəm ki, İsveç də olacaq” deyən Stoltenberq fikirlərini bu cür davam etdirib:
“Bunun mümkün qədər tez baş verməsi üçün çalışırıq. İsveçin üzvlüyü həm bu ölkə, həm Skandinaviya, Baltikyanı ölkələr, NATO üçün yaxşıdır. Bu, alyansı daha da gücləndirəcək, həm də Türkiyə və bütün müttəfiqlər üçün xeyirli olacaq. Amma Ankaraya gediş tarixim hələ dəqiq deyil”.
Günay Rəsulqızı