Beyonce konsertində Tina Turneri yad etdi

Beyonce konsertində Tina Turneri yad etdi

Amerikalı müğənni Beyons ötən həftə 83 yaşında dünyasını dəyişən mərhum rok-n-roll kraliçası Tina Törneri "River Deep, Mountain High" adlı emosional ifası ilə yad edib. Tamaşa onun Londonda "Renessans" dünya turnesi çərçivəsində konserti zamanı baş tutub.
 

Sfera.az bildirir ki, Beyons Londonda Tina Turneri "River Deep, Mountain High" hiti ilə yad edib. Super ulduz 1996-cı ilin hitinin sözlərini daha yavaş bir sürətlə oxuyub. Beyonsenin fan hesabı Twitter-də konsertin videosunu yayıb.
 

Xüsusi performans üçün, Beyonce də belində şəffaf parlaq mavi kombinezon geyinərək yeni görünüşü ilə debüt edib.
 

32 dəfə Qremmi mükafatı laureatı Parisdə qastrol səfəri zamanı Turneri yad edərək, tamaşaçılara “Turner sevginizi hiss edə bilsin deyə qışqırın" deyə müraciət edib.
 

"Əgər mənim fanatımsansa, Tina Törnerin pərəstişkarısan" deyə o səslənib.
 

“Çünki Tina Törner olmasaydı, mən bu səhnədə olmazdım. Onun əzəmətini gördüyüm üçün, yaşadığım üçün özümü çox şanslı hiss edirəm. Yenidən çıxış etmək üçün burada olmaqdan xoşbəxtəm”.


Aynil

 

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR