Sanksiyalar əks effekt verib: Rusiyanın neft nəhənginin gəlirləri artdı

Sanksiyalar əks effekt verib: Rusiyanın neft nəhənginin gəlirləri artdı

Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in xalis gəlirləri 2023-cü ilin birinci rübündə 46 faiz artaraq 4 milyard dollara çatıb.


Sfera.az xəbər verir ki, şirkətin xalis gəlirləri artsa da ümumi mənfəəti 1,1 faiz azalaraq 22,2 milyard dollara düşüb.

 
Şirkətin bununla bağlı açıqlamasında qeyd edilir ki, şirkət sanksiyalara baxmayaraq, xərclərini optimallaşdıraraq xalis mənfəətini artıra bilib.

 
“Rosneft” ilin birinci rübündə hasilatı da artırıb. Şirkətin karbohidrogen hasilatı ilin birinci rübündə 2022-ci ilin birinci rübü ilə müqayisədə 1,3 faiz artaraq 5,6 milyon barelə çatıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR