"Kiyevin dron hücumundakı hədəfi Putinin Rublovkadakı..." - ŞOK İDDİA

"Rusiya-Ukrayna savaşında artıq paytaxt Moskva da cəbhənin bir hissəsi olub".

 

Sfera.az bildirir ki, Moskva meri Sergey Sobyanin baş verənlərlə bağlı bunları deyib:

 

“Ukrayna tərəfi Moskvada terror aktı törədib, mülki əhalinin yaşadığı iki yaşayış binasına ziyan vurub. Cəmi iki yaralı var”.

 

Hücumdan bir neçə saat sonra məlum olub ki, əsl hədəf Putinin evinin yerləşdiyi oliqarx məhəlləsi olub. Bu barədə Dövlət Dumasının deputatı Aleksander Xinştein iddia irəli sürüb.

 

“Hədəf oliqarxların çoxluq təşkil etdiyi və Putinin şəhərdən kənardakı evinin yerləşdiyi Rublovka rayonu idi. Ukraynaya məxsus pilotsuz təyyarələr hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulsa da, onların Putinin bağı yaxınlığında yerə düşməsi maraqlıdır”, - o bildirib.

 

Vladimir Putin isə Moskvaya hücumu “Kiyevin rusları qorxutmaq cəhdi” kimi qiymətləndirib. Kremlin sözçüsü Dmitri Peskov “Kiyev qisas almaq üçün Moskvaya hücum edib” deyib.

 

Rusiya da Kiyevə dron hücumlarını davam etdirir. Ötən gün Ukraynanın paytaxtı Kiyev səmasında azı 20 kamikadze pilotsuz uçan aparatın vurulduğu, bir nəfərin həlak olduğu bildirilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...