Putin və Zelenski Türkiyəyə gələcək

Putin və Zelenski Türkiyəyə gələcək

“Putin və Zelenski danışıqlar üçün Türkiyəyə gələcək”.

 

Sfera.az bildirir ki, bu barədə “Hürriyyət” qəzetinin müxbiri Hande Fırat paylaşım edib. O, sözügedən səfərin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra baş tutacağını deyib.

 

Jurnalistin sözlərinə görə, dövlət başçıları Ərdoğanla Ukrayna münaqişəsini müzakirə edəcəklər. “Bir çox xarici dövlət başçıları şənbə günü baş tutacaq mərasimdə iştirak edəcəklər. Putin Türkiyəyə ayrıca və xüsusi səfər edəcək. Ukrayna prezidenti Zelenski də Türkiyəyə gələcək”, - qəzet yazıb.

 

Qeyd olunub ki, iki ölkə lideri Ərdoğanla savaşla yanaşı, taxıl dəhlizini də müzakirə edəcəklər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR