“Ukrayna dronlarının Moskvaya çatması Rusiya üçün utancvericidir” - “The Telegraph”

“Ukrayna dronlarının Moskvaya çatması Rusiya üçün utancvericidir” - “The Telegraph”

Çərşənbə axşamı Rusiya paytaxtına irimiqyaslı pilotsuz təyyarələrin hücumundan şoka düşən təkcə moskvalılar deyil. Qərb müşahidəçiləri də Kiyevin öz sərhədindən 500 km aralıda yerləşən şəhəri vura bilməsinə şübhə ilə yanaşırlar. 


Sfera.az xəbər verir ki, bir çoxları Ukraynanın Moskvaya zərbə edirə bilməsinə şübhə ilə yanaşsa da, bəzi məlumatlar bunun mümkünlüyünü də istisna etmir. 
Belə ki, Ukrayna Rusiyanın onlara qarşı istifadə etdiyi İranın “Şəhid 136” komikadze dronlarının analoqunu yaratmaq üzərində işləyirdi. Ukrayna hərbi kəşfiyyatındakı mənbə “The Telegraph” nəşrinə açıqlamasında deyib ki, ukraynalı mühəndislərdən ibarət çoxsaylı müstəqil qruplar “Şəhid 136”nın versiyalarını hazırlayır. 


Bundan öncə də ukraynalılar müxtəlif kamikadze dronlar hazırlayıb və onların köməyi ilə Rusiyadakı hədəflərə zərbələr endirib. Əvvəlki zərbələr miqyasına görə daha kiçik olmaqla yanaşı az sayda idi. 2022-ci ilin iyununda Rostovdakı Novoşaxtinsk neft emalı zavodu və ya 2022-ci ilin iyulunda Krımın Sevastopol şəhərində Qara Dəniz Donanmasının qərargahına hücumlar buna misaldır. 


Moskvaya hücumun fərqli cəhəti onun böyük miqyasda olmasıdır. Məlumata görə, hücum zamanı 10-dan çox drondan istifadə edilib. 


Bu hücumu rəsmi Kiyevin qisas əməliyyatı da adlandırmaq olar. Bir müddət öncə Ukrayna hərbi kəşfiyyatının rəhbəri general-mayor Kirilo Budanovun Rusiyanın Kiyevə hücumlarına görə qisas alacağını bəyan etməsindən sonra Moskva hücumunun baş verməsi arasında əlaqə olduğunu təxmin edə bilərik. 


Sosial mediaya yüklənən çoxsaylı videolar da Rusiya paytaxtına hücum edən dronların Ukrayna istehsalı olduğu qənaətini yaradır. Moskva üzərində uçarkən lentə alınan pilotsuz təyyarələr Ukraynanın “Ukrjet UJ-22” pilotsuz uçan aparatına çox bənzəyir. İlkin olaraq kəşfiyyat və yüngül hücum üçün pilotsuz uçan aparat kimi hazırlanmış bu qurğular 800 km məsafəyə malikdir. Bu aparatlar Ukrayna sərhədlərinin yaxınlığından qalxmaqla Moskvaya çata bilir. O, kiçik bir benzin mühərriki ilə işləyir və oxşar müəyyən qədər partlayıcı yük daşımaq qabiliyyətinə malikdir. Ukrayna ordusu tədricən pilotsuz uçuş aparatları ilə təchizatını genişləndirir. ABŞ, Böyük Britaniya və digər ölkələrdən də bu cür qurğular əldə ediblər. 


Qeyd edək ki, Ukraynada mövcud olan sənaye potensialı ölkənin müxtəlif növ təyyarə istehsalına imkan yaradır. Dünyanın ən böyük təyyarəsi olan “An-225” modelini istehsal edən də Ukraynadır. Rusiya hökuməti də bilir ki, Ukrayna Rusiyanın müxtəlif nöqtələrini vurmaq qabiliyyətinə malik təyyarələr istehsal etmək imkanına sahibdir. 


Buna görə də son bir neçə ay ərzində Rusiya hava hücumundan müdafiə sistemləri ölkə daxilində strateji əhəmiyyətli hədəfləri qorumaq üçün yerləşdirilib. Yanvar ayında Moskvanın mərkəzində Rusiya müdafiə nazirliyinin damına “Pantsir S1” qısa mənzilli hava hücumundan müdafiə sistemi yerləşdirilib. Qısa məsafədən təhdidlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş bir sistem olan “Pantsir”in xüsusi istifadəsi Rusiya ordusunun qarşılaşacağı təhlükənin – dron hücumlarının olacağından xəbər verirdi. 


“The Telegraph” bildirir ki, Ukrayna dronlarının Moskvaya çatması Rusiyanın nüfuzunə xələl gətirib. Dronların Moskvanın hava hücumundan müdafiə vasitələrindən yayınması Rusiya hökuməti üçün utancvericidir və bu, paytaxtı Ukraynanın şübhəli hücumundan qorumaq iqtidarında olmadığını nümayiş etdirir. 
Rusiyada çoxlu sayda strateji obyekt var. Üstəlik, Putinin Moskva ətrafında yaşayan çoxlu varlı milyarder dostları var. Onlar Moskvaya mümkün zərbələrdən şəhəri qorumaq üçün Putinə təzyiq edə bilər. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...