"İntihar etməzdən üç gün əvvəl gətirib təhsil haqqını ödəmişdi" – Dekan

Ölkə.az-ın əməkdaşı dünən Yasamal rayonunda intihar etmiş 23 yaşlı Nigar Vahabovanın təhsil aldığı Kooperasiya Universitetində olub. Universitetin əməkdaşı Mehman Qədirli Vahabovanı tərbiyəli tələbə kimi tanıdığını söyləyib:

"O, maliyyə fakültəsinin qiyabi şöbəsinin dördüncü kursunda oxuyurdu. Nigarı birinci kursdan tanıyıram. Hətta Nigarın burada qeydiyyatdan keçdiyi də yadımdadır. Görünüşü, davranışı, intellekti ilə seçilirdi. Axıra qədər də elə oldu. Bu gün bütün universitet şokdadır. Nə vaxt baxırdınsa, əlində kitab olurdu. Bütün müəllim heyəti onu çox istəyirdi. Təhsil haqqında heç vaxt gecikməsi olmurdu. İnsanların psixologiyası pozulub. Bəlkə ailədə, bəlkə... Nə olubsa Allahı bilir, özü bilir".

M.Qədirli əməkdaşımızla söhbətində Vahabovanın mətbuatda çalışdığını da diqqətə çatdırıb:

"O, bir müddət "İki sahil" qəzetində də işləmişdi. Bir dəfə özü bu haqda demişdi".

N.Vahabovanın təhsil aldığı fakültənin dekanı Xanoğlan Hüseynov isə deyib ki, o, üç gün öncə təhsil haqqını ödəyibmiş:

"İmtahanı fevralın 22-də olacaqdı, üç gün əvvəl gətirib təhsil haqqını ödəmişdi. Səliqə-səhmanlı, abırlı-həyalı qız idi. Mən sentyabrdan bu fakültəyə dekan təyin olunmuşam. O, dördüncü kursda oxuyurdu. Gətirib üç gün əvvəl təhsil haqqını da ödəmişdi".

Xatırladaq ki, N.Vahabova İTV-nin əməkdaşı Aytac Vahabovanın bacısıdır.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...