İsveç NATO-ya üzv olacaq - AÇIQLAMA

İsveç NATO-ya üzv olacaq - AÇIQLAMA

“İsveç yaxın bir neçə ay ərzində NATO-ya qəbul oluna bilər”.

 

Sfera.az bildirir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib. O, İsveçin iyulda keçiriləcək sammitə qoşula biləcəyi ilə bağlı sualı cavablandırıb.

 

“Heç bir zəmanət yoxdur, lakin o vaxta qədər bir həllə nail olmaq və İsveçin tam üzvlüyü ilə bağlı qərarın verilməsini təmin etmək tamamilə mümkündür”, - Stoltenberq söyləyib.

 

ABŞ dövlət katibi Entoni Blinken isə bildirib ki, İsveç hökuməti artıq Türkiyənin narahatlığını aradan qaldırıb:

 

“Daha əlavə vaxt üçün heç bir səbəb yoxdur. İsveç artıq hazırdır. Biz həm Türkiyəni, həm də Macarıstanı üzvlüyü mümkün qədər tez ratifikasiya etməyə çağırırıq”.

 

Qeyd olunub ki, Blinken çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə telefon danışığında İsveçlə bağlı məsələni qaldırıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ceff Bezosun nişanlısı məhkəməyə verildi

Amerikalı milyarder Ceff Bezosun nişanlısı Lauren Sançez keçmiş yoqa təlimatçısı tərəfindən məhkəməyə verilib.    Sfera.az bildirir ki, keçmiş j...

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...