Aİ yeni sanksiyalar tətbiq etdi - Siyahıda Ukrayna və Moldovanın suverenliyinə təhlükə yaradanların adı var

Aİ yeni sanksiyalar tətbiq etdi - Siyahıda Ukrayna və Moldovanın suverenliyinə təhlükə yaradanların adı var

Aİ Moldovada ictimai asayişi pozmaq və hökuməti devirmək cəhdinə görə 5 vətəndaşa və Ukraynanın suverenliyini təhdid etdiyinə görə iki vətəndaşa qarşı sanksiya tətbiq edib.


Sfera.az bildirir ki, bu barədə bu gün Avropa İttifaqının rəsmi jurnalı məlumat yayıb.
 

Ölkədən kənarda olan moldovalı siyasətçi İlan Şor sanksiyalara məruz qalıb. O, bu yaxınlarda bank aktivlərinin oğurlanmasında iştirak etdiyi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.
 

Moldovada oliqarx adlandırılan Vladimir Plahotniuc da məhdudiyyətlər siyahısına düşüb. Aİ Rusiya Federasiyasının keçmiş baş prokurorunun oğlu olan rusiyalı İqor Çaykaya qarşı sanksiyalar tətbiq edib.


Aİ-nin məlumatına görə, Ukraynanın suverenliyi kriminal avtoritet Qriqori Karamalac və Moldovanın “Regionlar Partiyası”nın və Rusiyadakı Moldova Diasporları Konqresinin sədri Aleksandr Kalinin tərəfindən təhdid edilir. Onlar da sanksiyalara məruz qalıblar.
 

Xəbər verdiyimiz kimi, mayın 23-də Moldova prezidenti Maia Sandu ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əməl edəcəyini və Rusiya prezidenti Vladimir Putinin Moldovaya gələcəyi təqdirdə onu həbs edəcəyini bildirib.
 

Xatırladaq ki, mayın 29-da Ukrayna Ali Radasının İrana qarşı sanksiyaların tətbiqini təsdiqlədiyi məlum olub. Məhdudiyyətlər 50 il davam edəcək və Tehranla ticarətə tam qadağa, resursların tranzitinin dayandırılması, Ukrayna ərazisində uçuşların və nəqliyyatın qadağan edilməsini əhatə edəcək.
 

Mayın 27-də isə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının 51 vətəndaşına qarşı sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb. Məhdudiyyətlərə məruz qalan hüquqi şəxslər arasında “Dəmiryol Ticarət Şirkəti” ASC, “Innovative Technologies of Oils” MMC, “Oboronregistr” MMC və digərləri var.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR