Şvartsenegger ilk dəfə Bryus Uillisin xəstəliyi haqqında danışdı

Şvartsenegger ilk dəfə Bryus Uillisin xəstəliyi haqqında danışdı

Arnold Şvartsenegger həmkarı və dostu Brüs Uillisə dəstək olub.
 

Sfera.az xəbər verir ki, "Terminator"un ulduzu afaziya səbəbindən kino karyerasını bitirdikdən sonra ilk dəfə həmkarı haqqında danışıb.
 

Aktyorun ailəsi xəbəri keçən il ona sonradan frontotemporal demensiyaya çevrilən diaqnozu qoyulduqdan sonra açıqlayıb. Qeyd edək ki, hər iki ulduz
“The Expendables” filmində tərəf müqabili olub.
 

Arnold “CinemaBlend”ə müsahibəsində Brüs Uillisin fantastik aktyor olduğunu deyib.


"Düşünürəm ki, o, fantastikdir. O, bu illər ərzində həmişə böyük ulduz olub və məncə, elə həmişə böyük aktyor kimi yadda qalacaq. Həm də çox mehriban bir insan kimi"- deyə Şvartsenegger bildirib.

Aktyor əlavə edib ki, o, Bryus Uillisin niyə təqaüdə getməyə məcbur olduğunu başa düşür. O, zarafatla Uillis və özü kimi qəhrəmanların elə-belə getmədiyini bildirib.
 

"Mən başa düşürəm ki, onun vəziyyətində təqaüdə çıxmalı idi. Amma bilirsiniz ki, biz heç vaxt təqaüdə çıxmırıq. Fəaliyyət qəhrəmanları yenidən işə düşür"- deyə o bildirib.
 

Xatırladaq ki, mart ayında Brüs Uillis keçmiş həyat yoldaşı Demi Mur da daxil olmaqla ailə üzvləri ilə birlikdə 68 yaşını qeyd edib.


Aprelin sonunda Uillis və Demi Mur nənə və baba olub. Onların böyük qızı Rumer Uillis sevgilisi Derek Riçard Tomasdan bir qız uşağı dünyaya gətirib.
 

75 yaşlı Şvartsenegger isə filmlərdə rol almağa davam edir. O, Netflix-in yeni komediya serialı “Fubar”, eləcə də həyatından bəhs edən “Arnold” sənədli serialında rol alıb.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR