Rus Dram Teatrının avtobusu qəzaya uğradı

Hadisə
18:41 / 30.05.2023
3941
Rus Dram Teatrının avtobusu qəzaya uğrayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Sfera.az-a bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib və nəticədə 2 yan şüşəsi sınıb.
Qeyd edək ki, hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü də hər hanısa bir xəsarət almayıb.