Əsgərin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu

Əsgərin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun müəmmalı ölümündə təqsirləndirilən 3 nəfərin işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin Babayev vəCəmil Ağayevin hər biri 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, adları çəkilən manqa komandirləri əsgərləri, o cümlədən T.Babaşovu sırada düzgün addımlamamaq, axşam "yat" komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər. Hadisə baş verən gün isə T.Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri R.Cavadov onu elə ayaqyolunda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra T.Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib. Lakin T.Babaşovun yaxınları onun intihar etməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirmiş T.Babaşov evin yeganə oğlu olub. O, 2015-ci il mayın 22-də dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...