"CHP sədrinin qarşısında 3 seçim var, 45 gün sonra..." - Kılıçdaroğlu İSTEFA VERƏCƏK?

Prezident seçkilərində məğlub olan CHP sədri Kamal Kılıçdaroğlu “Mübarizəyə davam” mesajını versə də, partiya daxilində onun istefası ilə bağlı fikirlər səsləndirilir.

 

Sfera.az bildirir ki, "CNN Türk"ün Ankara üzrə nümayəndəsi Dicle Canova mövzu ilə bağlı mühüm şərhlər verib. O, Kılıçdaroğlunun qarşısında üç seçim olduğunu deyib.

 

“Birincisi, adi qurultay prosesini idarə etməkdir. Bu məqsədlə ilk olaraq əyalət və rayon konqresləri keçiriləcək. Bu isə  8-9 aylıq bir müddətdir. Bu, Kılıçdaroğlu ilə partiyanın yerli seçkilərə getməsi deməkdir. İkincisi, sürətləndirilmiş adi konqres - bunun üçün ən azı üç ay lazımdır. Yenə əyalət və rayon qurultayları sürətlə baş tutacaq və sentyabrda qurultay keçiriləcək. Üçüncüsü, növbədənkənar qurultay - əgər sədr bu qərarı qəbul edərsə, 45 gün sonra böyük qurultay toplanacaq. Bu isə, iyul ayına təsadüf edir”. 

 

D.Canova qeyd edib ki, CHP lideri sözügedən variantlardan birini dəyərləndirəcək: “Əgər bu son iki variantı seçsə, Kılıçdaroğlu sədrlikdən getməyə doğru addım atmış sayılacaq. Amma 8-9 ay çəkəcək növbəti qurultayın keçirilməsi seçiminə üstünlük verərsə, yerli seçkilərdə partiyanın başında qalacaq. Onun son qərarı partiyadaxili qiymətləndirmələrdən sonra verəcəyi gözlənilir”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR